Şəkər

Sugar

You are here

Şəkər

2006-ci ildə istifadəyə verilən Azərbaycan Şəkər İstehsalat Birliyi (AŞİB) ölkə və regionu yüksək keyfiyyətli şəkər məhsulları ilə təmin etməklə ölkə iqtisadiyyatı üçün yeni sənaye sahələrini yaratdı. İllik istehsal gücü 700 000 ton olan şəkər zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir. Fermerlərin təminatlı alıcısı olaraq AŞİB torpaq mülkiyyətçilərini texnoloji xəritəyə uyğun sertifikatlı toxum və mineral gübrələr ilə təmin edir. Yüksək keyfiyyəti beynəlxalq laboratoriyalarda təsdiqlənmiş şəkər istehsal edən İmişli Şəkər Zavodu dünyaca məşhur qazlı içki istehsalçılarının şəkər tərəfdaşı və tədarükçüsüdür. Azərbaycan Şəkər İstehsalat Birliyi nəzdində illik istehsal potensialı 60 000 ton olan bitki yağlarının ilkin emal müəssisəsi, 60 000 ton kəllə qənd, 12000 ton kəsmə şəkər fabrikləri fəaliyyət göstərir.

Həmçinin şirkətlər qrupu daxilində ümumi illik istehsal gücü 300 000 ton olan iki yem fabriki də fəaliyyət göstərməkdədir.