“Azərsun Akademiyası”nda beynəlxalq seminar keçirildi

“Azərsun Akademiyası”nda beynəlxalq seminar keçirildi

You are here

“Azərsun Akademiyası”nda beynəlxalq seminar keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin təşkilatçılığı və “Azərsun Holdinq”in dəstəyi ilə Bakıda heyvandarlıqla bağlı seminar keçirilib. “Azərsun Akademiyası”nda təşkil edilən seminarda Kanadanın Alberta əyalətindən olan mütəxəssislər yerli fermerlərlə görüşərək, ölkələrində heyvandarlığın inkişafı, yetişdirilən iri və xırda buynuzlu heyvan cinsləri barədə məlumat veriblər.

Tədbirdə çıxış edən kanadalılar anqus, holşteyn, simmental və digər cinslərin özəllikləri, bu heyvanların genetikasının qorunması üçün atılan addımlardan danışıblar. Seminarda iştirak edən yerli fermerlər və sahibkarlar kanadalı mütəxəssislərə müxtəlif suallar ünvanlayaraq qeyd edilən heyvanların ölkəmizə idxal ediləcəyi təqdirdə onların adaptasiyası və gələcək perspektivləri barədə məlumat alıblar.

Seminarda həmçinin Alberta əyalətinin Kanadanın və dünyanın ən böyük heyvandarlıq məhsulları istehsalçılarından biri olduğu iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” mütəmadi olaraq xarici mütəxəssislərlə yerli fermerlər arasında əlaqələrin yaradılması məqsədi ilə müxtəlif layihələrin reallaşdırılmasında yaxından iştirak edir.

Əvvəlki xəbər Sonraki xəbər