“Azərsun Holdinq” ən müasir tələblərə cavab verən istehsal xəttini istismara verdi

“Azərsun Holdinq” ən müasir tələblərə cavab verən istehsal xəttini istismara verdi

You are here

“Azərsun Holdinq” ən müasir tələblərə cavab verən istehsal xəttini istismara verdi

Ölkəmizin ixrac potensialının artması ilə əlaqədar keyfiyyətli karton qablaşdırmalara tələbatın artmasını nəzərə alan “Azərsun Holdinq” ən  müasir  tələblərə cavab verən yeni “BOBST 1628 DRO Rapidset” istehsal xətti istismara verib. Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Xırdalan Karton Fabrikində quraşdırılmış bu “Yüksək keyfiyyətli flekso çap” avadanlığı  daha keyfiyyətli, daha ucuz  məhsulun istehsal edilməsinə şərait yaradacaq. Offset üsulu ilə çap tək laylı karton üzərində həyata keçirilərək daha sonra üzlənməyə və kəsimə yönləndirilirdisə yeni istehsal xəttində bütün proses bir avadanlıq tərəfindən həyata keçiriləcək. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl müəssisəni ziyarət edərək yeni avadanlıqla tanış olub və onun təntənəli şəkildə istismara verilməsində iştirak edib. Daha sonra təşkil edilən toplantıda çıxış edən Abdolbari Gözəl bu avadanlığın ən müasir tələblərə cavab verdiyini və ölkəmizin iqtisadi inkişafı ilə əlaqədar keyfiyyətli karton qablaşdırmalara artan tələbatı qarşılaya biləcəyini bildirib. O, ölkəmizə son illər ərzində ən yüksək keyfiyyətə məhsul istehsal edən avadanlıqların gətirildiyini və texnoloji yeniliklərin tətbiq edildiyini  Tədbir iştirakçılarına verdikləri əməyə görə təşəkkürünü bildirən cənab Abdolbari Gözəl avadanlığın quraşdırılması və istismara verilməsində iştirak etmiş əməkdaşları təşəkkürnamələrlə təltif edib.

Sonraki xəbər