“Azərsun Holdinq” 95  illiyində ulu öndərin əziz xatirəsini yad edib.

“Azərsun Holdinq” 95 illiyində ulu öndərin əziz xatirəsini yad edib.

You are here

“Azərsun Holdinq” 95 illiyində ulu öndərin əziz xatirəsini yad edib.

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərsun Holdinq” hər il olduğu kimi silsilə tədbirlər keçirir. Müasir Azərbaycanın qurucusu Ulu Öndərin, bütün sahələrdə olduğu kimi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində, milli şirkətlərin meydana gəlməsinə yaratdığı şərait Azərsun ailəsinin qəlbində daim yaşayacaq.

Qeyd edək ki, 95 illiklə əlaqədar şirkətlər qrupunun müşahidə şurasının sədri və rəhbər heyəti fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Ulu öndərin məzarına gül çələngi və çiçəklər qoyan kollektiv Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

Sonra isə şirkətlər qrupunun kollektivi akademik Zərifə Əliyevanın da məzarını ziyarət etdilər. Məzarın üzərinə tər çiçəklər qoydular.

Sonraki xəbər