“Azərsun Holdinq”in baş direktoru “Tərəqqi” medalı ilə təltif edildi.

“Azərsun Holdinq”in baş direktoru “Tərəqqi” medalı ilə təltif edildi.

You are here

“Azərsun Holdinq”in baş direktoru “Tərəqqi” medalı ilə təltif edildi.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və yerli məhsullarımızın dünya bazarlarına çıxarılmasında vacib rol oynayan  “Azərsun Holdinq”in fəaliyyəti növbəti dəfə ölkə rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə  “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan “Tərəqqi” medalı ilə təltif edilib. Qeyd edək ki, ötən ilin dekabrında, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyat, elm, təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal “Şöhrət” ordeninə layiq görülmüşdü.

Əvvəlki xəbər Sonraki xəbər