“Azərsun Holdinq”in dəstəyi ilə keçirilən şahmat turnirinə yekun vuruldu

“Azərsun Holdinq”in dəstəyi ilə keçirilən şahmat turnirinə yekun vuruldu

You are here

“Azərsun Holdinq”in dəstəyi ilə keçirilən şahmat turnirinə yekun vuruldu

Artıq bir neçə gündür ki, ölkəmiz təşkil edilən Şahmat Olimpiadası ilə dünya idman mətbuatının gündəmindədir. “Baku Crystall Hall”da təşkil edilən və dünyanın parlaq zəka sahiblərinin iştirak etdiyi bu yarışa bugün yekun vurulub. ABŞ və Ukrayna komandalarının 20 xalla birinci yeri paylaşdığı olimpiada ilə paralel keçirilən uşaqlar arasında “Baku Open” beynəlxalq turnirdə də qaliblər müəyyənləşib. Hər zaman uşaqların sağlamlığı və intellektual səviyyəsinin inkişaf etməsinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” bu dəfə də adıçəkilən turnirin təşkil edilməsinə böyük dəstək verib. Bundan əlavə, Şirkətlər Qrupu yarışda mükafatçılar arasına düşmüş uşaqlara da xüsusi hədiyyələr təqdim edib. Müxtəlif sosial layihələrin reallaşdırılmasında yaxından iştirak edən “Azərsun Holdinq”ə məxsus “Shokki Mokki” markası uşaqların sevimlisinə çevrilməklə bərabər həm də onların zehni inkişafına müsbət təsir göstərir. Şirkətlər Qrupuna məxsus “Sun” salfetləri isə ailələrdə gigiyenanın təbliği üçün mütəmadi olaraq uşaq bağçalarında və orta məktəblərdə müxtəlif sosial layihələr reallaşdırır. Qeyd edək ki, 111 iştirakçının mübarizə apardığı yarışda Raul Muxtarov, Leyla Budaqova, Alperen Kanlı, Nərmin Nəsibova, Mətin Mürsəlli və Səbinə Rzalı 8, 10 və 12 yaşlılar arasında 1-ci yeri tutublar.

Əvvəlki xəbər Sonraki xəbər