“Xəyal Adası”nda  “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının iclası keçirilib

“Xəyal Adası”nda “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının iclası keçirilib

You are here

“Xəyal Adası”nda “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının iclası keçirilib

“Azərsun Holdinq”ə məxsus “Xəyal Adası” yaşayış kompleksində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının iclası keçirilib.

Toplantıda son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində  dövlət proqramları, iri infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının  inkişafı üçün  zəruri  tədbirlərin görüldüyü qeyd olunub və bunun aqrar sahənin inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Komissiyanın işinin daha da fəallaşdırılması üçün quruma “Azərsun Holdinq”in Müşahidə Şurasının  sədri Abdolbari  Goozalın sədrlik etməsi barədə qərar qəbul olunub. Konfederasiya ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Abdolbari Goozal indiyədək Azərbaycan Sahibkarlar Konfederasiyasının  həyata keçirdiyi tədbirlərdə “Azərsun Holdinq”in əməkdaşlarının həvəs və maraqla iştirak etdiyini bildirib. Şirkətlər qrupunun rəhbəri  “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının ölkə iqtisadiyyatı, xüsusilə də kənd təsərrüfatı sahəsində xüsusi xidmətlər göstərəcəyinə inandığını vurğulayıb.

Tədbirdə iştirak edən sahibkarlar qısa müddətdə komissiyanın bütün sənədlərini birgə müzakirə edərək, vahid proqramın hazırlanması barədə razılığa gəliblər. 

Əvvəlki xəbər Sonraki xəbər