Abdolbari Goozal “Şöhrət” ordeni ilə təltif edildi.

Abdolbari Goozal “Şöhrət” ordeni ilə təltif edildi.

You are here

Abdolbari Goozal “Şöhrət” ordeni ilə təltif edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın təltif edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyat, elm, təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Abdolbari Goozal “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Abdolbari Goozal müasir Azərbaycanda sənayenin qurulmasına verdiyi mühüm töhfələrə görə, 2004-cü ildə,  Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Əvvəlki xəbər Sonraki xəbər