Abdolbari Goozal “Regionların inkişafında sahibkarlığın rolu” Konfransında iştirak edib.

Abdolbari Goozal “Regionların inkişafında sahibkarlığın rolu” Konfransında iştirak edib.

You are here

Abdolbari Goozal “Regionların inkişafında sahibkarlığın rolu” Konfransında iştirak edib.

Bakı Biznes  Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda Konfrans keçirilib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri və özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxışçılar ölkədə sahibkarlığın inkişafı istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən reallaşdırılan kompleks və sistemli tədbirlərin özəl bölmənin inkişafını sürətləndirdiyini, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaradıldığını bildirdilər.

Konfransda çıxış edən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, ASK-nın Rəyasət heyətinin üzvü Abdolbari Goozal, Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1994-cü ildə Azərbaycanın ilk istehsal müəssisəsinin  istifadəyə verildiyini söylədi.

Qeyd edək ki, ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində ölkədə fəaliyyət göstərən digər sahibkarlıq subyektləri kimi “Azərsun Holdinq” də inkişaf edərək öz fəaliyyət istiqamətlərini genişləndirmişdir.  Hazırda Şirkətlər Qrupunun tərkibində Bakı şəhəri və respublikanın bir çox regionlarını əhatə edən 30-dan artıq müəssisə fəaliyyət göstərməkdədir. Bu müəssisələrdə 10 minlərlə soydaşımız işlə təmin olunub. 

Eyni zamanda  “Azərsun Holdinq”in fabrik və zavodlarında istehsal olunan məhsulların keyfiyyət göstəricilərinə xüsusi önəm verildiyini bildirən Abdolbari Goozal, ölkənin daxili tələbatını yerli istehsal hesabına ödəməklə bərabər xarici bazarlarda da təmsil olunduqlarını bildirdi. Bununla da  ölkəmizin ixrac potensialına mühüm töhfə verdiklərini də qeyd etdi. Çıxışının sonunda ölkədə yaradılan əlverişli biznes mühiti və sahibkarlara daim göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin təşəkkürünü bildirən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal 11 aprel 2018-ci il tarixdə keçiriləcək növbəti Prezident seçkisində “Azərsun” Şirkətlər Qrupu olaraq cənab Prezident İlham Əliyevi dəstəklədiklərini vurğuladı.

Tədbirin sonunda “Regionların inkişafında sahibkarlığın rolu” Konfransının Bəyanatı oxundu. 

Əvvəlki xəbər Sonraki xəbər