Azərsun Fondu

You are here

Azərsun Fondu

“Azərsun Holdinq”in nəzdində yaradılan fondun  qurulma məqsədi şirkətlər qrupunun qurucusu və müşahidə şurasının sədri, xeyriyyəçi Abdolbari Goozalın yardımsevər fəlsəfəsinə uyğun olaraq aztəminatlı, sağlıq problemi olan, aclıqdan əziyyət çəkən, əlil, kimsəsiz insanlara maddi-mənəvi dayaq olmaqdır. Etdiyi hər bir yardımı Allah rizası üçün edən və həmişə Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevi təqdir edən Abdolbari Goozal, ehtiyacı olan insanları diqqət mərkəzində saxlayır. Buna görə də şirkətlər qrupunun nəzdində “Azərsun” fondu yaradılaraq insanların ehtiyaclarla bağlı müraciətlərinə davamlı cavab verilir. Azərsun Fondu tərəfindən ölkənin müxtəlif bölgələrində tibbi, sosial, tədris binaları inşa olunmuş, minlərlə insanın müalicə və əməliyyat ehtiyacları qarşılanmışdır. Xaricdə təhsil alan yüzlərlə tələbənin təhsil xərcləri də fond tərəfindən qarşılanmaqdadır. Bu günə qədər fond 100 mindən artıq qaçqın və məcburi köçkünə, müharibə veteranlarına, ahıllara və digər ehtiyacı olanlara ərzaq yardımı etmişdir. Eyni zamanda fond dünyada baş verən təbii fəlakətlərdən əziyyət çəkən Türkiyə, Somali, İran, Gürcüstan, Rusiya, Iraqda  yaşayan on minlərlə insana humanitar yardımlar etmişdir.