Azərsun Holdinq Arena Polo üzrə Dünya Kubokuna dəstək verib.

Azərsun Holdinq Arena Polo üzrə Dünya Kubokuna dəstək verib.

You are here

Azərsun Holdinq Arena Polo üzrə Dünya Kubokuna dəstək verib.

Ölkəmizin qədim ənənələrinin dünyada təbliğ edilməsi istiqamətində reallaşdırılan layihələrdə yaxından iştirak edən “Azərsun Holdinq” Şirkətlər Qrupu Azərbaycanda təşkil edilən növbəti beynəlxalq tədbirə öz dəstəyini verib.  Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən Arena Polo üzrə Dünya Kubokuna dəstək verib. 4 beynəlxalq peşəkar komandanın iştirak etdiyi turnirdə İspaniyanın “Bogner” klubu qalib gəlib. Qeyd edək ki, ölkəmizin qida təhlükəsiziliyinin təmin edilməsi və yerli məhsulların dünya bazarlarına çıxarılmasında müstəsna rol oynayan “Azərsun Holdinq” Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə çox sıx əməkdaşlıq edir və daim bu qurum tərəfindən qədim çövkən oyunun vətəni olan ölkəmizdə reallaşdırılan layihələrə öz dəstəyini göstərir.  

Əvvəlki xəbər Sonraki xəbər