BİTKİ YAĞLARI

You are here

BİTKİ YAĞLARI

“Azərsun Holdinq”in Azərbaycandakı ikinci investisiya layihəsi olan və 1996-cı ildən fəaliyyətə başlayan Bakı və Sumqayıt yağ fabrikləri böyük istehsal potensialına malik olan müəssisələrdir. Müasir deodorizə və ventirizə sistemləri ilə təchiz olunmuş fabriklər ətraf mühitə tam zərərsiz şəkildə çalışaraq, “əl dəyməyən”  texnologiya ilə fəaliyyət göstərir.

Müəssisələrdə yüksək keyfiyyətli günəbaxan və qarğıdalı duru yağları, paketləşdirilmiş bitki yağı, əridilmiş GHEE yağları, eyni zamanda qənnadı, şirniyyat fabrikləri üçün sənaye yağları istehsal olunur. İllik istehsal gücü 270 000 ton olan müəssisələr Azərbaycanın tam tələbatını qarşılayır və böyük ixrac imkanına malikdir. “Azərsun Holdinq” eyni zamanda dünyaca məşhur fast-food şəbəkəsinin yağ tərəfdaşı  və tədarükçüsüdür.