Tədarük zənciri

You are here

Tədarük zənciri

“Azərsun Holdinq”in Tədarük və Təchizat qrupu şirkətlər qrupunun bütün fabrik və müəssisələri üçün lazımi xammal, avadanlıq, mal-material tədarüklərini həyata keçirir. Xırdalan və Sumqayıtda 50 000 m2 qapalı, 70 000 m2 açıq sahəsi olan, ümumilikdə isə120000 m2-lik ərazidə müasir logistika mərkəzi fəaliyyət göstərir. SAP və Axata proqramları ilə idarə olunan, avtomatik yükləmə və boşaldılma sistemli kompleksin 40 000 m2 quru, 10 000 m2 soyuq hava anbarları vardır. Gündəlik yükləmə-boşaldılma potensialı 3000 ton təşkil edir. Mövcud olan və anbarların içinə daxil olan dəmir yol xətləri sayəsində eyni anda 16 vaqonun yükləmə- boşaldılması mümkündür. Şirkət həmçinin dünyaca məşhur Starbucks şəbəkəsini logistika dəstəyi ilə təmin edir.