Mayonez və Ketçup

You are here

Mayonez və Ketçup

Azərbaycanın təməl qida istehsalçısı olan “Azərsun Holdinq” 2009-cu ildən etibarən sous bazarına daxil oldu. Müxtəlif salatların, ət yeməklərinin və qarnirlərin əvəzsiz komponenti olan, uşaq və böyüklərin sevimli sousları olan ketçup və mayonez “doypack” və digər müxtəlif qablaşdırmalarda şirkətlər qrupunun müəssisələrində istehsal olunur. Mayonezin əsas xammal mənbəyi şirkətlər qrupunun istehsalı olan yağlardır.

Ketçup məhsulunda isə tarlalarımızda təbii yetişdirilən pomidorlardır. Azərbaycanın günəşli iqlimi burada yetişdirilən pomidor məhsulunun tərkib göstəricilərinə mühüm təsir göstərir. Belə ki, ən mühüm likopen qaynağı pomidor və pomidor məhsullarıdır. 100% təbii Azərbaycan pomidorlarından əldə olunan ketçupların dadı və keyfiyyəti də məhz bu baxımdan fərqlidir.