Qarabağ FK

You are here

Qarabağ FK

`Qarabağ` Futbol Klubu Azərbaycan işğal olunmuş  Ağdam şəhərini təmsil edir. Yaranışı ötən əsrin 50-ci illərinə təsadüf edən klub Azərbaycan müstəqillik qazanandan sonra ölkə çempionatında iştirak etməyə başlayıb. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra komanda «qaçqın klub» kimi fəaliyyət göstərir. Təbii ki, bundan əlavə klub maddi sıxıntılardan da ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Bütün bu problemlər 2001–ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri «Azərsun» şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. Xeyirxah əməlləri ilə nəinki Azərbaycanda hətta bütün şərqdə, türk dünyasında ad qazanan «Azərsun» Holdinq şirkəti «Qarabağ»ı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Gözəlin bilavasitə şəxsi təşəbbüsü ilə komandanın maddi problemləri həll olundu. Milyondan çox məcburi köçkünün komandası olan `Qarabağ` bununla yeni  eraya qədəm qoydu. Xüsusilə, Avrokuboklarda uğurlu çıxışlarıyla bütün ölkənin bir nömrəli komandasına çevrilən `Qarabağ`ın  4 ölkə çempionluğu, 4 ölkə kubokuna sahibdir.  `Qarabağ` FK sonuncu ölkə çempionu və kubokun sahibidir. `Qarabağ` FK dünyada ən reytinqli Azərbaycan klubudur. `Qarabağ` FK Avropa Liqasında 2 dəfə iştirak etmiş yeganə Azərbaycan klubudur.`Qarabağ` Futbol Klubu istifadəsi üçün `Azərsun Holding` tərəfindən beynəlxalq standardlara cavab verən stadion-baza kompleksi inşa edilmişdir.