Tarix

You are here

Tarix

1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurmağa başladı.

İqtisadiyyatın mərkəzdən planlandığı sistemdən miras qalan köhnə texnologiyalar, fabrik və zavodlar sərbəst bazar iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmədi. Meydana çıxan problemlərdən sonra onlardan bir çoxu fəaliyyətini dayandırdı, geri qalanı isə, istehsal gücünü azaldaraq işləməyə davam etdi. İş yerlərinin bağlanması nəticəsində isə, işsizlərdən ibarət böyük bir ordu yarandı. Artıq 1993-cü ildə, Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən tək bir müəssisə qalmamışdı. Ölkə rəhbərliyi bu dövrlərdə çıxardığı qərarlarla müəssisələrin özəlləşdirilməsi üçün işlər görməyə başladı. 1991-92-ci illərdən başlayaraq Azərbaycana gələn xarici iş adamları bu prosesdə aktiv rol almağa başladılar. Belə iş adamları arasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun qurucusu Abdolbari Goozal da vardı. O, gəlişi ilə İntersun Şirkətlər Qrupunun Azərbaycandakı təmsilçiliyini yaratdı. İlkin mərhələdə ölkəni təməl qida məhsulları ilə təmin edərək, bazardakı ərzaq çatışmamazlığını aradan qaldırdı. Bunu yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev Abdolbari Goozalı qəbul edərkən bunları söylədi: “...Siz fəaliyyətinizi düzlük üzərində qurmuşsunuz. İndi ticarətlə məşğulsunuz, Lakin camaat işsizdir, sənayə sahələrinə sərmayə qoyun, qabaqcıl olun, işçi çalışdırın və önə keçin...”

Elə bunu rəhbər tutaraq Azərsun Holdinq 1994-cü ildə ilk dəfə olaraq birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlar ilə təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Növbəti illərdə Azərbaycanın müxtəlif bölgələrində (Xaçmaz, Biləsuvar, Lənkəran, Qazax) 4 konserv  zavodunu istismara verməklə minlərlə fermerin öz məhsulunu sataraq gəlir əldə etməsinə şərait yaratdı. 2006-cı ildə 110 hektar ərazini əhatə edən və regionun ən böyük İmişli Şəkər Zavodu istismara verildi ki, bu müəssisənin fəaliyyəti İmişli rayonu ilə bərabər Azərbaycanın digər bölgələrinin də inkişafına müsbət təsir göstərdi.  Həmin il “Azərsun Holdinq” tərəfindən  Biləsuvar rayonunda 4500 hektarlıq əkinə yararsız şoran ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları çəkilmiş, müasir kənd təsərrüfatı avadanlıqları, suvarma sistemi, və aqrotexniki avadanlıqları ilə təchiz olundu. 2010-cu ildə  “Azərsun Holdinq” tərəfindən UNİCEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqramına uyğun olaraq Masazır Duz Zavodunu istismara verdi. Qısa müddət ərzində bu müəssisənin fəaliyyəti nəticəsində ölkəmiz duz idxal edən ölkədən ixracatçıya çevrildi. Bundan əlavə, 2010-cu ildə holdinq tərəfindən Azərbaycanın ilk müasir alış-veriş mərkəzi olan və 48 000 m2 sahəni əhatə edən Park Bulvar  istifadəyə verildi. Növbəti il isə Şirkətlər Qrupu Azərbaycanın pərakəndə satış bazarına yeni nəfəs gətirən və gündəlik 50 mindən artıq insana xidmət göstərən “Bazarstore” super marketlər şəbəkəsini yaratdı. İqtisadiyyatın müxtəlif sahələrinə sərmayə edərək minlərlə insanın işlə təmin olunmasına müvəffəq olan “Azərsun” 2013-cü ildə Kürdəmir Süd Emalı Zavodunu istismara verdi. Ətraf mühitin mühafizəsinə prioritet kimi yanaşan “Azərsun Holdinq” 2014-cü ildə Sumqayıt şəhəri yaxınlığında yerləşən “Azərsun Sənaye Parkı”nın inşasını yekunlaşdırdı. Bu kompleksdə Sumqayıt Yağ Fabriki və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı nəzdində Kağızın Təkrar Emalı müəssisəsi fəaliyyətə başladı.  İstehsal fəlsəfəsi “tarladan süfrəyə” olan “Azərsun” məhsullarının qablaşdırmalarının hazırlanması da, Şirkətlər Qrupunun Xırdalan Karton Fabriki və Metal Qablaşdırma müəssisələri tərəfindən həyata keçirilir. “Azərsun Holdinq” ildən ilə fəaliyyət sahələrini artıraraq, qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrinə aid 30-dən artıq müəssisəni istifadəyə verib, bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir holdinqə çevrildi. Şirkətlər Qrupunun müəssisələri tərəfindən istehsal olunan məhsullar Azərbaycanın qida və ərzaq təhlükəsizliyini tam təmin etməklə bərabər xarici bazarlarda da satışa çıxarılır ki, bunun da nəticəsi olaraq ölkəmizin ixrac potensialına mühüm töhfə verilmiş olur.