Corporate Projects

You are here

Corporate Projects

“Azərsun Holdinq” Şirkətlər qrupunun prioritet hesab etdiyi məsələlərdən biri də Korporativ Sosial Məsuliyyət layihələridir. Ölkəmizin həyatına hər zaman müsbət töhfələr verməyə çalışan “Azərsun” bu sahədə də mühüm işlər görür. Şirkətlər qrupu KSM layihələri çərçivəsində ətraf mühitin mühafizəsi, ölkəmizdə təhsilin, mədəni həyatın və digər sosial sahələrin inkişafına öz töhfəsini verir. “Azərsun Holdinq”in ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biri kimi Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının istismara verməsini qeyd etmək olar. BU müəssisənin fəaliyyəti nəticəsində bir il ərzində tullantı kağızları emal etməsi ilə 850 min ədəd şam ağacının kəsilməsinin, 87,5 milyon litr neftin sərf edilməsinin, havaya 13,5 milyon kub metr zərərli qazların atılmasının qarşısı alınmış olur. Azərsun Sənaye parkında fəaliyyət göstərən müəssisənin ölkəmizin ekologiyasına verdiyi töhvə bununla da yekunlaşmır. Belə ki burada plastik tullantıların da təkrar emalı həyata keçirilir ki, bu da ətraf mühitin mühafizəsində çox böyük rol oynayır. Bioloji parçalanmaya və çürüməyə məruz qalmayan plastik tullantıların təkrar emal edilərək digər bir sahədə istifadə üçün yararlı vəziyyətə gətirilir, bununla da təbiətə vurula biləcək böyük bir zərərin qarşısı alınır.