QRUP ŞİRKƏTLƏRİ

DƏYƏRLƏR

Office

1

Ədalət və düzgünlük prinsipi           

Fəaliyyət istiqamətlərimizin təməlində ədalət anlayışı durur - tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;

2

Fəaliyyət prinsipi

Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq;

3

Keyfiyyət siyasəti

Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;

4

Məsuliyyət prinsipi

İstehsal etdiyimiz hər bir məhsulda insan sağlamlığı amilini dərk edir və bu məsələdə, qətiyyən, güzəştə getmirik;

5

Əxlaq prinsipi

Gözəl əxlaqa malik insanları işə alırıq, işçilərimizin "öz işinin lideri" olduğuna inanırıq;

6

İnam prinsipi

İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk;

7

Qrup ruhu

İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk;

8

Əməkdaşlıq prinsipi

İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyə biləcəkləri iş şəraiti yaradırıq;

9

Çeviklik prinsipi

Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük;

10

Təşkilatçılıq prinsipi

Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk; 

11

Bərabərlik prinsipi

Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq;

12

Texnoloji “know-how” prinsipi

Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz “know-how”umuzu formalaşdırırıq;

13

Mükəmməllik prinsipi

Ümumi keyfiyyət həyatımızdır;

14

Cəmiyyətə xeyir vermə prinsipi

Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin əhalisinin etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk;

15

Ətraf mühitə hörmət prinsipi

Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq;

16

Qanunilik prinsipi

Olduğumuz ölkənin qaydalarına tabe oluruq;

17

Gələcək prinsipi 

Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;

18

Sevgi və hörmət prinsipi

Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik;

19

Ədalətli rəqabət prinsipi

Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq;