AŞİB Aqro

"Azərbaycan Şəkər İstehsalat Birliyi" (AŞİB-AQRO) 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib.

İllik istehsal gücü 300.000 ton olan müəssisə 200 hektar ərazini əhatə edir və burada 45-50 nəfərə qədər işçi çalışır.
Müəssisə xammal olaraq şəkər çuğundurunu ətraf bölgələrdə fəaliyyət göstərən fermerlərlə bağladığı müqavilə əsasında satın alır. Təbii ki, bu da bölgədə sahibkarlığın inkişafına öz töhfəsini verir. Bununla yanaşı, müəssisədə fermerlərə şəkər çuğunduru aqronomiyası və aqrotexniki xidmətlər də göstərilir.