Azərbaycan Kağız və Karton İstehsal Kombinatı

1980-ci illərdə Xırdalan şəhəri, keçid 1232 ünvanında fəaliyyət göstərmiş Karton Fabriki, 1997-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olub. Holdinqin nəzdində istehsalat fəaliyyətinə başlayan müəssisə 1997-2008-ci illərdə “Karton Tara”, 2008-2011-ci illərdə “Xırdalan Karton Fabriki” ASC kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən müəssisənin istehsal sahələri daha da genişlənərək “Azərbaycan Kağız və Karton İstehsalı Kombinantı” olaraq fəaliyyətini davam etdirməkdədir. Hazırda AKKİK - nin nəzdində təmizlik kağızları istehsalı fabriki, xammal tədarük departamenti, Xırdalan karton fabriki və kağızın təkrar emalı fabriki fəaliyyət göstərir. 
“Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” əsasən ölkə ərazisində toplanan kağız tullantılarından karton istehsalında xammal kimi istifadə edərək müxtəlif çeşiddə kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlarda büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız  yumurta kasetləri, ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. istehsal edir.