"Azərsun Kənd Təsərrüfatı Məhsulları"
“Azərsun Kənd Təsərrüfatı Məhsulları” 2007-ci ildə fəaliyyətə başlayıb.
Ümumi sahəsi 4.761 hektar olan “Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın orta illik işçi sayı 565 nəfərdən ibarətdir.
Müəssisə kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğuldur. Eyni zamanda müəssisədə ətlik istiqamətli xırda və iribuynuzlu heyvandarlıq kompleksləri fəaliyyət göstərir.
Müəssisədə istehsal olunan şəkər çuğunduru, nar, pomidor, xiyar, bibər, yaşıl noxud, yonca, pambıq, buğda, arpa, qarğıdalı və silosluq qarğıdalı orqanik məhsullardır.
Müəssisənin 290 hektar ərazisində nar bağı, 21 hektar ərazisində isə qarışıq meyvə bağları mövcuddur.
Qeyd edək ki, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” CERES (Certification of Environmental Standards – Ekoloji Standartların Sertifikatlaşdırılması) sertifikatına malikdir.