"Dreamland Golf Villas & Residences"
Abşeron yarımadasında, hava limanına 5 dəqiqəlik, şəhərin mərkəzinə isə cəmi 23 dəqiqəlik məsafədə yerləşən “Dreamland Golf Villas & Residences”, 66 hektar qolf sahəsini əhatə edən 330 hektarlıq ərazidə inşa edilmiş şəhərcikdir.
“Dreamland Golf Villas & Residences” yüksək keyfiyyətli infrastruktura malik, ərazisində 234 villa və 382 mənzil, qolf akademiyası, qolf sahəsi, qolf hoteli, “Sabis Sun” beynəlxalq məktəbi*, “Bazarstore” supermarketi, restoranlar, açıq hava və qapalı tədbir məkanları, idman zalı, tennis, futbol, voleybol, basketbol və uşaq meydançaları, yaşıl parklar və göllər olan premium şəhərcikdir.