“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirilib

“Azərsun Holdinq”də  ənənəvi “Qan ver, yaşat” adlı növbəti qanvermə aksiyası baş tutub. Mərkəzi Qan Bankı ilə birgə təşkil edilən sosial layihə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədi ilə həyata keçirilib.  Artıq mütəmadi hal alan və şirkət tərəfindən davamlı olaraq keçirilən qanvermə aksiyasında bu dəfə də rəhbərlik və əməkdaşlar tərəfindən böyük aktivlik hiss olunub. 
 “SİZ QAN VERMƏKLƏ BAŞQALARINA HƏYAT VERİRSİNİZ!” şüarını əsas tutan  300-ə yaxın əməkdaş qanvermə aksiyasında iştirak etməklə talassemiyadan əziyyət çəkən uşaqlara ümid yeri olublar.  
Qeyd edək ki, Şirkətlər Qrupu tərəfindən bu tipli sosial layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

“Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirilib