“Shokki Mokki” ilə “Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə!”
Azərbaycanın qida sektorunda ilk uşaq markası olan “Shokki Mokki” özünün “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün dəstəyini davam etdirməkdədir. Markanın bu istiqamətdə növbəti addımı UAFA təşkilatı ilə birgə qoşulduğu “Məktəbim” layihəsidir.
“Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı ilə keçirilən kampaniya çərçivəsində, Siz mağazalardan “Shokki Mokki” məhsulları almaqla “Məktəbim” layihəsinə dəstək verə bilərsiniz.
Layihənin məqsədi əlillik, aztəminatlı və ya ucqar kəndlərdə yaşamaq səbəbindən məktəbəqədər təhsilə çıxışı olmayan uşaqlar üçün alternativ və dayanıqlı təhsil imkanları yaratmaqdır. Bu sosial kampaniya çərçivəsində 2023-cü ilin sonuna qədər hər birində 20 uşağın təhsil alacağı 300 məktəbəqədər tədris müəssisəsinin açılması nəzərdə tutulur. Hazırda bu say 50-dir.
Bununla yanaşı, “Məktəbim” layihəsinin icra edilməsinə bölgələrdən qadınlar da cəlb ediləcək ki, bu da onların məşğulluğunun təmin olunmasına mühüm töhfə deməkdir.
Hər kəsi “Shokki Mokki” məhsullarını alaraq “Məktəbim” kampaniyasına dəstək olmağa dəvət edirik.
“Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı ilə keçirilən kampaniya çərçivəsində,