QRUP ŞİRKƏTLƏRİ

Yağ qrupu

“Azərsun Holdinq”in Azərbaycandakı ikinci investisiya layihəsi olan və 1996-cı ildən fəaliyyətə başlayan Bakı və Sumqayıt yağ fabrikləri böyük istehsal potensialına malik olan müəssisələrdir. Müasir deodorizə və ventirizə sistemləri ilə təchiz olunmuş fabriklər ətraf mühitə tam zərərsiz şəkildə çalışaraq, “əl dəyməyən” texnologiya ilə fəaliyyət göstərir.

BİTKİ YAĞLARI

Müəssisələrdə yüksək keyfiyyətli günəbaxan və qarğıdalı duru yağları, paketləşdirilmiş bitki yağı, əridilmiş GHEE yağları, eyni zamanda qənnadı, şirniyyat fabrikləri üçün sənaye yağları istehsal olunur. İllik istehsal gücü 270 000 ton olan müəssisələr Azərbaycanın tam tələbatını qarşılayır və böyük ixrac imkanına malikdir. “Azərsun Holdinq” eyni zamanda dünyaca məşhur fast-food şəbəkəsinin yağ tərəfdaşı və tədarükçüsüdür.

 

ZEYTUN YAĞI

2002-ci ildən Zeytun emalı müəssisəsini yaradan şirkətlər qrupu Abşeron yarımadasının ənənəvi bitkisi olan zeytundan yüksək keyfiyyətli açıq yaşıl və qızılı rəngli, zərif və xoş ətirli yağ istehsalına başlamışdır. Bununla da Abşeron yarımadasında zeytunçuluq ilə məşğul olan təsərrüfatların inkişafına şərait yaratmışdır. Müəssisənin illik istehsal gücü 3 000 tondur.Şirkətlər qrupu, eyni zamanda Azərbaycanın təbii sərvəti olan Azərbaycan zeytununun qoruyucusuna, himayəçisinə çevrilərək davamlı olaraq Bakı və Abşeron yarımadasında zeytun ağacları əkir, bu işi təbliğ və təşviq edir.

 

KƏRƏ VƏ SPRED YAĞLARI

Şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən yağ fabrikində, eyni zamanda müxtəlif markalar ilə kərə yağı da istehsal edilir. Yeni Zelandiyadan gətirilmiş yüksək keyfiyyətli kərə yağları zavodda müxtəlif qramajlarda paketlənərək istehsal olunur. Kərə yağı istehlakçılara, xörək bişirmədə əvəzsiz olan əridilmiş şəkildə də təqdim olunur. Bundan başqa, son zamanlarda Azərbaycan istehlakçısının kərə və bitki yağlarının qarışığı olan spred yağlarına artan tələbatını nəzərə alaraq yağ zavodunda müxtəlif çeşidli spred yağları da istehsal olunur.