QRUP ŞİRKƏTLƏRİ

İstixana

Açıq sahələrdə inkişaf etdirilən ənənəvi kənd təsərrüfatı kompleksindən başqa, şirkətlər qrupunun tərkibində ən son texnologiyalar əsasında qurulmuş istixana kompleksi də fəaliyyət göstərir.

300 min m² ərazidə inşa olunan istixanada, əsasən pomidor olmaqla, badımcan, bibər və digər tərəvəzlər yetişdirilir. İstehsal prosesi toxumatmadan başlayaraq son mərhələ - istehlakçıya çatdırılmaya qədər tam gigiyenik şəraitdə, avtomatlaşdırılmış şəkildə, təbii şərtlərə uyğun olaraq həyata keçirilir. Əminliklə demək olar ki, burada tətbiq olunan bioloji mübarizə üsulları təbii yolla – arılar vasitəsilə həyata keçirilən tozlanma nəticəsində yetişdirilən məhsullar tam təbii və sağlamdır. Müəssisənin illik istehsal potensialı 12 min ton təşkil edir.