QRUP ŞİRKƏTLƏRİ

Azərsun Holdinq"in kollektivi Şəhidlər xiyabanını ziyarət etdi

Vətənin azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinə hörmət və ehtiramla yanaşan  “Azərsun Holdinq”in kollektivi 20 Yanvar faciəsi ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib. Şirkətlər qrupunun rəhbər heyəti və kollektivin üzvləri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğul və qızlarımızın məzarları üzərinə tər çiçəklər düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyub, onların ruhuna dualar oxuyublar.

Holdinq rəhbərliyi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin  torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə çiçəklər düzüb.

Qeyd edək ki, 1990-cı ildə Azərbaycanın müstəqillik əldə etməsinə mane olmaq və ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yanvar ayının 19-dan 20-nə keçən gecə öz ağır hərbi texnikasını xalqın üzərinə yeridərək dinc əhaliyə divan tutub. Həmin gecə Sovet Ordusunun tankları, zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan insanları amansızcasına qətlə yetirib.

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, milli tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılıb. 

Digər Xəbərlər