QRUP ŞİRKƏTLƏRİ

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şirkətlər Qrupunun rəhbəri Abdolbari Gozal və onun başçılıq etdiyi idarə heyətinin üzvləri və şirkət əməkdaşları Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər.

Ziyarət zamanı dünya miqyaslı ictimai-siyasi xadim, böyük şəxsiyyət, müstəqil Azərbaycanın memarı və qurucusu, ölkəmizin bütün sahələrdə inkişafı yönündə  misilsiz xidmətləri olan  Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva və Əziz Əliyevin də məzarı ziyarət edilib.

Digər Xəbərlər