İdman
“Azərsun Holdinq” ölkə həyatının müxtəlif sahələrinə olduğu kimi idmanın inkişafına da mühüm töhfələr verməkdədir. Şirkətlər Qrupunun 2001-ci ildən “Qarabağ” futbol klubunu himayəyə götürməsi ilə bu komandanın ardıcıl uğurlarının əsası qoyuldu. Avropa səviyyəli futbol klubu yaratmaqla bərabər “Azərsun Holdinq” digər idman növlərinə də dəstəyini əsirgəmir. “Dreamland” kompleksində inşa edilmiş Qolf meydançası dünya səviyyəli peşəkarların sevimli məkanlarındandır. Eyni zamanda, burada Qolf Akademiyasının fəaliyyəti ilə bu idmanla məşğul olan yerli kadrların yetişdirilməsi təmin edilir.