Logistika
Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb.
Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan, həmçinin 10-dan çox xarici ölkələrdən idxal olunan qida, içki, qeyri-qida, gigiyenik kağız və təmizlik məhsullarının qəbulu, mühafizəsi və daşınmasını, eləcə də Satış Direktorluğunun sifarişinə uyğun malların müştəriyə çatdırılması xidmətlərini həyata keçirir.
Anbarlarının ümumi sahəsi 43630 m2 olan Mərkəzi Logistika Departamenti 2000-dən çox topdan və pərakəndə müştərilərinə logistik və dağıtım xidmətlərini də göstərməkdədir.
Departamentin logistik anbarları, yüksəkixtisaslı mütəxəssislərin çalışdığı müasir avadanlıqlarla təchiz olunaraq ən yeni SAP və AXATAWMS, E-Nakliye, P-Carrier proqramları vasitəsilə logistik və çatdırma xidmətlərini həyata keçirir.
Ölkənin 19 bölgəsində və Naxçıvan şəhərində yerləşən distributor anbarlarına sifarişə uyğun çatdırılma xidməti göstərilir, habelə 40-dan çox ölkəyə fabriklərdə istehsal edilən qida məhsulları ixrac olunur. Bununla yanaşı, departament bir çox xarici firmaların (“Ulker”, “Diversey, “Mofix”, “TOYBOX” və s.) logistik və müştərilərə çatdırılma xidmətinı gerçəkləşdirir.
Mərkəzi Logistika Departamenti tərəfindən, həmçinin “ALSHAYA” firmasının (“Starbucks”) Azərbaycan nümayəndəliyinin logistik və çatdırılma xidmətlərini göstərilir.
Hazırda tərkibində 1100 işçi çalışan Mərkəzi Logistika Departamenti 2014-cü ildən etibarən Türk Standartları İnstitutu tərəfindən İSO 9001-2015 Keyfiyyət İdarəetmə Sistemi Sertifikatına layiq görülüb.