Kağızın Təkrar Emalı Fabriki
“Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” yə daxil olan “ Təkrar Kağız Emalı Fabriki”, “Azərsun Holdinq” tərəfindən böyük həcmdə investisiyalar ayrılaraq 2011-ci ildən etibarən H.Z. Tağıyev qəsəbəsində yerləşən Azərsun Sənaye Parkı ərazisində qurulmağa başlamış və 25 Fevral 2014-cü ildə ölkə prezidenti İlham Əliyevin açılışı ilə istismara verilmişdir.
Müəssisədə ölkənin bütün bölgələrindən toplanmış tullantı kağızlarına yeni bir “nəfəs” verilərək yenidən kağız halına salınır və beləcə müəssisə nəinki Azərbaycanın, bütün dünya təbiətinin qorunmasına böyük töhfə vermiş olur. Müəssisə ISO 9001-2008 sertifikatına layiq görülmüşdür. Müəssisənin illik istehsal gücü 50 000 ton olan fabrikin ümumi sahəsi 120,000 m2 dir.
Müəssisə Avropanın müasir avadanlıq və texnologiyaları ilə təchiz edilmişdir. İstehsal edilən məhsulların keyfiyyəti, müştəri məmnuniyyəti istehsal prosesi üçün aparıcı rol oynadığından müəssisədə son modern avadanlıqlarla təchiz edilmiş, ISO/IEC 17025 beynəlxalq sertifikatına layiq görülmüş və akkreditasiya olunmuş laboratoriya fəaliyyət göstərməkdədir. Fabrikin məqsədi istehsal gücünü daim inkişaf etdirərək, genişləndirməklə Respublikanın kağız və karton məhsullarına olan təlabatını təhlükəsiz şəkildə təmin etməkdir.