"Qarabağ" futbol klubu
2001-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupu “Qarabağ” futbol klubunu himayəsinə götürüb.
Azərbaycanın köklü klublarından olan “Qarabağ” futbol klubu, məhz bu tarixdən özünün yeni inkişaf dövrünü yaşayır. Bu dövr ərzində komanda 9 dəfə Azərbaycan çempionu olub və 7 dəfə Azərbaycan kubokunu qazanıb.
Habelə 2014-15, 2015-16 və 2016-17-ci illərdə komanda çempionatla yanaşı, Azərbaycan kubokunun qalibi olaraq ardıcıl 4 dəfə “qızıl dubl” edib.
Beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edən “Qarabağ” komandası UEFA çempionlar liqasının qrup mərhələsinə yüksələn ilk və yeganə Azərbaycan klubudur.
Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayan komanda, həmçinin reytinq siyahısında ən yaxşı göstəricilərə malik olan Azərbaycan klubudur.