Qazax Konserv Zavodu

"Qazax Konserv Zavodu" 2012-ci ildə ölkə prezidenti  cənab  İlham Əliyevin  iştirakı ilə istismara verilib.  

Ümumi sahəsi  4.253 hektar olan müəssisənin  illik istehsal gücü 7000 tondur. Zavodda 34 nəfər işçi çalışır və bu say mövsümdə 50 nəfərə çatır.

Müəssisənin kənd təsərrüfatı sahəsində kartof əkini həyata keçirilir.

Bundan əlavə ətraf bölgələrdən alınan kənd təsərrüfatı məhsulları dondurularaq ehtiyat deposunda  saxlanılır. Depoda dondurulmuş halda saxlanılan  məhsullardan feyxua, nar, gilas, albalı, zoğal, yemişan və s. qeyd etmək olar.

Qazax Konserv Zavodunda Türkiyə və Hollandiyanın ən müasir texnoloji avadanlıqları quraşdırılıb.