Təmizlik Kağızları İstehsalı Fabriki
1997-ildən “Azərsun Holdinq”in daxilində Təmizlik kağızları istehsalı sahəsi olaraq fəaliyyətə başlayıb. 2005-ci ildən fəaliyyət dairəsini genişləndirərək “Qafqaz Kağız Sənaye” adı altında fəaliyyətini davam etdirib. 2011-ci ildən isə “Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” nın tərkibində "Təmizlik Kağızları İstehsalı Fabriki" kimi fəaliyyət göstərməkdədir.
Müəssisədə “Sun”, “Aura”, “Papi” markaları adı altında istehsal olunan kağız dəsmal, kağız əl dəsmalı, nəm dəsmal, müxtəlif cür tualet kağızları istehlakçılar tərəfindən sevilərək istehlak edilir.
Fabrikdə xüsusi sifariş əsasında 300-dən çox müştəri üçün üzəri naxışlı salfetlər və qutu salfetlər istehsal edilməkdədir.
Keyfiyyətə nəzarət sistemi daxilində aparılan yoxlamalardan əlavə olaraq fabrik AZS və Səhiyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində hər il Uyğunluq və Gigiyenik sertifikatlarla təmin olunur. Həmçinin TSE tərəfindən İSO 9001 İdarəetmə Sistemində yoxlamalar da mütəmadi olaraq aparılır.
"Təmizlik Kağızları İstehsalı Fabriki" 2021-ci ildən FSC sertifikatına sahibdir.