Təmizlik Vasitələri Fabriki
“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verilib. Xammal ehtiyacı Avropa ölkələrindən təmin olunan "Təmizlik Vasitələri Fabriki" ölkəni və regionu yuyucu vasitələrlə tam təmin etmək imkanına malikdir.
Ən müasir texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemləri ilə təchiz olunan bu müəssisənin layihəsi "Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı" ilə birgə həyata keçirilib. Müəssisə 1.4 hektar ərazini əhatə edir və 95 nəfər işçi qüvvəsi ilə 24 saat fəaliyyət göstərir.
"Təmizlik Vasitələri Fabriki" ətraf kəndlərdə işsizliyin azaldılmasında mühüm rol oynayır.
İllik istehsal gücü 29000 ton olan müəssisədə yuyucu və kimyəvi məhsullar “Crystalex”, “Puresense”, “Biodaxi”, “Oxywhite”, “Wipelex”, “Praxi” markaları adı altında müxtəlif ölçülərdə və qablaşdırmalarda, əl dəyməyən texnologiyalar vasitəsi ilə istehsal olunur.
"Təmizlik Vasitələri Fabriki" İtaliya, Türkiyə və s. digər ölkələrdən alınmış avadanlıqlarla tam təchiz edilib.