Zaqatala Fındıq Zavodu

"Zaqatala Fındıq Zavodu" 2006-cı ildən etibarən fəaliyyət göstərir. Fındıq istehsalı ilə məşğul olan zavod 2 hektar ərazini əhatə edir. İllik istehsal gücü 5000 ton olan müəssisədə mövsümə uyğun olaraq 150-180 nəfərə qədər işçi çalışır.
Zavod müqavilə əsasında fermerlərdən qabıqlı fındıq da alır ki, bu da əhalinin məşğulluğunun daha da artırılmasına töhfə verir.  

Ən yüksək səviyyədə standartlara uyğun şəkildə hazırlanan məhsullar daxili və xarici bazara ixrac olunur və istehlakçılar tərəfindən sevilərək istehsal edilir.