“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Dekabrın 12-də “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan və Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra isə dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi ehtiramla yad olunub, onların məzarı önünə tər çiçəklər düzülüb.
Qeyd edək ki, bütün fəaliyyətini doğma Vətəninə və xalqına həsr etmiş Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. O böyük şəxsiyyətin Azərbaycanın gələcəyi üçün gördüyü işlər, elm, təhsil, idman, mədəniyyət, səhiyyə, ölkənin iqtisadi inkişafı və hərbi potensialının daha da gücləndirilməsi istiqamətindəki misilsiz xidmətləri Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir və heç vaxt unudulmur.
Xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq ulu öndərimiz Heydər Əliyevi sonsuz hörmət və ehtiramla anır, ümummilli liderimizə Allahdan rəhmət diləyirik...