Al Market

2012-ci ildə fəaliyyətə başlayan “Al Market”lər Azərbaycanın ilk endirimli - discount mağazalar şəbəkəsidir. Bugünkü gün ölkənin dörd bir bölgəsində 800-dən çox mağazası ilə pərakəndə sektorunun ən uğurlu şəbəkə marketlərindəndir.

“Al Market”lər mağazalarının sadə interyeri və məhsul təqdimatı ilə yanaşı, uğurlu tədarük zənciri ilə xərcləri nəzarətdə saxlayaraq məhsullarını yüksək keyfiyyət və uyğun qiymət prinsipi ilə təqdim edir. 

Azərbaycanda sərt endirim modelinin ilk tətbiqçisi olan “Al Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə genişçeşidliliyini yerli və qlobal brendlər, özünəməxsus məhsulları ilə zənginləşdirib. Başda təcrübəli idarə heyəti, o cümlədən ölkəmizin dörd bir yanındakı 4000-ə yaxın işçisi və çoxsaylı tədarükçüləri olmaqla bütün tərəfdaşları ilə əlaqələrini yüksək güvən üzərində quran “Al Market”lər, müştəri məmnuniyyətini də ən yüksək səviyyədə saxlamaqdadır.
Getdikcə daha da böyüyən “Al Market”lər həm ölkə iqtisadiyyatına, həm də yeni əməkdaşların səy və qatqısı ilə məşğulluğa töhfə verməyə davam etməkdədir.

•    “Al Market”lərin mağaza sayı 822
•    Ərazisi 101.427 m2
•    İşçi sayı 3982 nəfər