Azərsun Şamaxı Aqropark
Müəssisə, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib.
Ümumi sahəsi 4.200 hektar, illik istehsal gücü 90 000 ton olan “Azərsun Şamaxı Aqropark”da 160 nəfər daimi işlə təmin olunub. Mövsümdə isə bu say 360 nəfərə çatır.
Müəssisədə şəkər çuğunduru, qarğıdalı, kartof, xiyar, yonca, arpa, buğda, yemlik və silosluq qarğıdalı, soya və pambıq məhsulları istehsal edilir. Eyni zamanda müəssisədə ümumi heyvan sayı 4300 olan iri buynuzlu heyvandarlıq kompleksləri də fəaliyyət göstərir.