Bazarstore

1991-ci ildən başlayaraq Azərbaycanda qida istehsalı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkəti “Azərsun Holdinq” 2011-ci ildə növbəti uğurlu layihəsini həyata keçirərək pərakəndə sektoruna böyük bir töhfə verdi və “Bazarstore” Mağazalar Şəbəkəsini yaratdı. Uzun illərdir ki, “Bazarstore” Azərbaycanda pərakəndə sahəsinin öndəri və söz sahibi missiyasını uğurla davam etdirir. Ölkənin ən geniş coğrafiyasında xidmət göstərən “Bazarstore”da məhsulların təzəliyi, keyfiyyəti, çeşidliliyi, alış-verişin münasibliyi və xidmətin yüksək olması prioritetdir.

Ölkə ərazisində 78 mağaza ilə fəaliyyət göstərən “Bazarstore” Mağazalar Şəbəkəsi ümumilikdə 127.674 m2 ərazini əhatə edir və 3200 nəfər işçi ilə müştərilərinə yüksək səviyyədə xidmət göstərir.