"Mamam Chocolate and Bakery"

Şokolad Fabriki,  2008-ci ildən etibarən “Bakı Qida və Yağ Fabriki” nin tərkibində fəaliyyət göstərir. 2010-cu ildə  “Shokki Mokki” markası ilə istehsala başlayan fabrikdə 92 nəfər işçi daimi işlə təmin edilib.

İllik istehsal gücü 2000-3000 ton arası olan müəssisənin istehsal və anbar  ərazisi  7760 m2 sahəni əhatə edir.

2014-cü ilin aprel  ayında “Svit Star” yaradılıb və fabrikin fəaliyyətinin daha da genişləndirilməsi məqsədi ilə müəssisəyə yeni sərmayə qoyularaq halva, lokum, marmelad, gofret, sənaye şokoladı  və fındıq kremi istehsalına  başlanılıb.

Müəssisə 2016-2018-ci illərdə “Svit Star” olaraq,  2018-2019-cu illərdə  isə “Bakı Qida və Yağ Fabriki” altında fəaliyyətini davam etdirib.

2019-cu ilin avqust ayından etibarən isə “Mamam Chocolate and Bakery” yə bağlı fəaliyyətini davam etdirməkdədir.

Hal-hazırda, fabrikdə əl dəyməyən texnologiyalar vasitəsi ilə yüksək keyfiyyətli “Shokki Mokki”, “Cey Cey”, “Chocolake” və s. şokolad kremləri, “Zoluşka” gofret, markaları ilə məhsullar və konfet istehsal olunmaqdadır.

Fabrikdə  ən müasir standartlara cavab verən Türkiyə İsveçrə, Avstriya və Hollandiya istehsalı olan avadanlıqlar quraşdırılıb.