Xırdalan Karton Fabriki

1997-ci ildən “Azərsun Holdinq”  Şirkətlər  Qrupuna  daxil  olan "Xırdalan Karton Fabriki" nin inkişafı üçün Holdinq tərəfindən ayrılmış böyük sərmayələr və ən müasir texnologiyaların tətbiqi nəticəsində müəssisə  bu gün  respublikanın büzməli  karton  və qutu  məmulatlarına  olan  illik  tələbatı yüksək səviyyədə qarşılayır.  Fabrik,  hal-hazırda ölkə  daxilində  fəaliyyət  göstərən  istehlakçıların  tələbatını   istənilən  rəng  və dizaynda  2 və 5  laylı  büzməli  karton  qutular, qəlibdən  çıxan  müxtəlif  növ  tavalar, qutu  üçün  xüsusi  içlik  və  digər  növ  qablaşdırma  məmulatları  ilə təmin  edən  qabaqcıl  müəssisələrdən  biridir.

Hazırda müəssisənin 1 istehsal xətti bütün ölkə tələbatını ödəmə qabiliyyətinə malikdir. 2-ci istehsal xəttinin yaradılması isə fabrikin  ixracat potensialını artıraraq ölkə hüdudlarından kənarda əlavə bazar payı qazanmağa, idxalçı ölkə statusundan ixracatçı ölkə statusuna çevrilməyi qarşısına məqsəd qoymuş dövlətimizin siyasətinə dəstək və töhfə verməyə yönəldilib.

Fabrikdə istehsal olunan kağız məhsulları – büzməli   karton, flekso və ofset baskılı qutu, tava, seperator, yumurta kaset və karton list, müxtəlif növ künclüklər, müxtəlif növ etiketler dünya standartlarına uyğun olub, bu adda məhsul istehsal edən qabaqcıl müəssisələr ilə rəqabət aparmaq gücünə qadirdir.

"Xırdalan Karton Fabrikində" dövlət akkreditasiyasından keçmiş laboratoriya fəaliyyət göstərir. Laboratoriyada mövcud olan bütün avadanlıq və cihazlar müntəzəm olaraq Holdinqin müvafiq departamenti (NÖC) tərəfindən yoxlamalara tabe tutularaq kalibrasiya edilir. Laboratoriyada xammal, büzməli karton və qutu məmulatlarının  keyfiyyət dəyərləri Dövlət Standartları və İSO 9001:2000 sistemi əsasında yoxlanılaraq aparılır. Hazırda laboratoriyada xammalın ( karton və kağız ) cinsindən və qrammajından asılı olaraq çəkisi, nəmliyi (%) yoxlanılır. Habelə QOST standarta əsasən yarımməhsulların, büzməli kartonun düzünə və dikinə əzilməyə qarşı dayanaqlılığı, laylanma metodu, qutunun sıxışdırma analizləri edilərək yoxlanılır.